DƏMİRYOL STANSİYALARINDA RELSLƏRİN İSTİSMAR ETİBARLIĞININ QİYMƏTLƏNDİRİLMƏSİ VƏ İMTİNALARININ PROQNOZLAŞDIRILMASI

Authors

  • E.K. MANAFOV Milli Aviasiya Akademiyası

DOI:

https://doi.org/10.52171/herald.4

Keywords:

dəmiryol stansiyası, rels, imtina, istismar etibarlığı, birinci imtinayadək orta işləmə, orta kvadratik meyletmə

Abstract

Məqalə texniki stansiyaların baş yollarında relslərin istismar etibarlığının qiymətləndirilməsi və onların imtinalarının proqnozlaşdırılmasına həsr olunmuşdur. İstismar etibarlığının qiymətləndirilməsi üçün texniki stansiyanın baş yollarındakı relslərin yola qoyulma anından imtina etmə müddətinə qədər olan statistik məlumatları təhlil edilmişdir. İmtina edən relslərin sayı və imtinaya qədər olan işləmə qiymətləri əsasında paylanmanı təyin etmək üçün birinci imtinayadək orta işləmə və orta kvadratik meyletmə kəmiyyətləri hesablanmışdır. Birinci imtinayadək orta işləmə və orta kvadratik meyletmə kəmiyyətlərindən istifadə etməklə uzunömürlüyün normal paylanma modeli əsasında baxılan stansiyadakı relslərin imtinasının nöqtəli ehtimal proqnozu hesablanmış, relslərin buraxılmış yük ölçüsündən asılı olan imtinalar qrafiki qurulmuşdur.

Downloads

Published

2021-03-30

How to Cite

MANAFOV, E. (2021). DƏMİRYOL STANSİYALARINDA RELSLƏRİN İSTİSMAR ETİBARLIĞININ QİYMƏTLƏNDİRİLMƏSİ VƏ İMTİNALARININ PROQNOZLAŞDIRILMASI. Herald of Azerbaijan Engineering Academy, 13(1), 25–31. https://doi.org/10.52171/herald.4

Issue

Section

Articles