TOKSİKİ OLMAYAN KOMPOZİSİYALARIN KORROZİYA VƏ DUZÇÖKMƏYƏ QARŞI TƏSİRİNİN TƏDQİQİ

Авторы

  • M.B. ADIGÖZƏLOVA Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

DOI:

https://doi.org/10.52171/2076-0515_2021_13_01_66_73

Ключевые слова:

kompozisiya, duzçökmə, cod, qələvi, neytral mühitlər, korroziya, inhibitor, toksiki

Аннотация

Hazırda neft sənayesində neftçi muhəndislər qarşısında duran ən mühum problərdən biri məhz, yataqların işlənməsi və istismarından asılı olmayaraq neftin hasilatı, yığılması, hazırlanması, nəqli və emalının bütün mərhələlərində neft-mədən avadanlıqlarının duzçökmə və elektrokimyəvi korroziya prosesləri nəticəsində istismar müddətini başa vurmadan sıradan çıxmasıdır.Bu baxımdan qeyd olunan proseslərə çəkilən xərcləri azaltmaq və neftin maya dəyərini aşağı salmaq məqsədi ilə istismarda olan avadanlıqların istismar müddətinin artırılması istiqamətində yeni texnologiyaların işlənməsi və tətbiqi zəruridir. Bu məqalədə neft-mədən avadanlıqlarının istismar müddətinin artırılması məqsədi ilə elektrokimyəvi korroziya və duzçökməyə qarşı yüksək effektivliyə malik inhibitor təsirli, mürəkkəb tərkibli kompozitlərin laboratoriya tədqiqatlarının nəticələrindən bəhs edilir. Kompozoitlərin tərkibindəki komponentlərin müxtəlif faiz nisbətlərində qarışığı laboratoriya şəraitində tədqiq edilərək optimal variant seçilmiş, korroziyadan və duzçökmədən mühafizə effektivliyi təyin edilmişdir. Təcrubələr cod, qələvi və neytral lay sularında aparılmışdır. Hər üç mühitdə korroziya surəti qravimetrik usulla təyin edilmişdir. Duzçökmə prosesi isə “soyuq borucuq” metodu ilə aparılmışdır. Aparılmış çoxsaylı təcrubələrin nəticələrinin analizindən məlum olmuşdur ki, hər üç lay suyu mühitində eyni zamanda korroziya və duzçökməyə qarşı yüksək effekt məhz M-4 kompozitinin 100 mq/l miqdarında baş verir. M-4 kompozitinin 100 mq/l miqdarında cod lay suyu mühitində korroziya surəti 0.06 qm2/saat ( effektivlik 98%), duzçökmə 0.50 q/l ( effektivlik 88%), qələvi lay suyu mühitində korroziya surəti 0.10 qm2/saat ( effektivlik 96%), duzçökmə 0.50 q/l (effektivlik 86%), neytral lay suyu mühitində isə korroziya surəti 0.07 qm2/saat ( effektivlik 97%), duzçökmə isə 0.36 q/l (effektivlik 89%) təşkil edir.

Загрузки

Опубликован

2021-03-30

Как цитировать

ADIGÖZƏLOVA, M. (2021). TOKSİKİ OLMAYAN KOMPOZİSİYALARIN KORROZİYA VƏ DUZÇÖKMƏYƏ QARŞI TƏSİRİNİN TƏDQİQİ. Вестник Азербайджанской инженерной академии, 13(1), 66–73. https://doi.org/10.52171/2076-0515_2021_13_01_66_73

Выпуск

Раздел

Articles