Cilt 17 Sayı 4 (2025): Cild 17 (4), 2025
XÜSUSİ BURAXILIŞ – Azərbaycan Mühəndislik Akademiyasının 20 illik yubileyinə həsr olunur
“Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri” jurnalının bu xüsusi buraxılışı Azərbaycan Mühəndislik Akademiyasının (AMA) 20 illik yubileyinə həsr edilmişdir.
Bu yubiley buraxılışı ölkəmizdə mühəndislik elminin inkişafına və innovativ texnologiyaların formalaşmasına Akademiyanın iki onillik ərzində verdiyi əvəzsiz töhfələri elmi ictimaiyyətə təqdim etmək məqsədi daşıyır.
Cild 17-nin 4-cü nömrəsində mühəndislik elminin müxtəlif istiqamətlərinə dair elmi tədqiqatlar, analitik araşdırmalar və aktual nəticələrlə yanaşı, Azərbaycan Mühəndislik Akademiyasının Prezidenti akademik Arif Paşayevin, həmçinin Beynəlxalq və Rusiya Mühəndislik Akademiyalarının Prezidenti akademik Boris Qusevin təbrikləri də yer almışdır.
Bu təbrik yazıları Akademiyanın 20 illik fəaliyyətinə verilən yüksək qiymətin, eləcə də beynəlxalq mühəndislik ictimaiyyətində AMA-nın nüfuzunun təsdiqidir.
Redaksiya heyəti bu yubiley sayının hazırlanmasında iştirak edən bütün müəlliflərə, rəyçilərə və oxuculara təşəkkür edir və Azərbaycan Mühəndislik Akademiyasına gələcək elmi fəaliyyətində daha böyük uğurlar arzulayır.

