Əyləclərin sürtünmə cütünün soyudulmasının nəzəri və eksperimental tədqiqi
DOI:
https://doi.org/10.52171/herald261Anahtar Kelimeler:
diskli-kündəli əyləc- sürtünmə cütü- istilik modeli- səthaltı və səth təbəqəsi- istilik təbəqəsinin qalınlığıÖzet
Məqalədə istilik xüsusiyyətlərini daha dəqiq qiymətləndirməyə və hava axınları ilə yuyulan əyləc sistemlərinin soyudulmasını yaxşılaşdırmağa imkan verən nəzəri və eksperimental tədqiqatlar, habelə sərhəd şərtləri və ölçüsüz kriteriyalar təqdim olunub. Nəqliyyat vasitəsinin barabanlı-kündəli əyləcinin sürtünmə cütlərində konvektiv istilik ötürülməsini qiymətləndirmək üçün kriteriyalar tənliyi əldə edilib. Nəqliyyat vasitələrinin xüsusiyyətləri ilə tsiklik (dövri) və uzunmüddətli əyləc rejimlərinin istilik yükü Birləşmiş Millətlər Təşkilatının Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) 13 saylı qaydasına uyğun olaraq nəzərə alınıb. Göstərilmişdir ki, istilik yükünə baraban halqasının tutqun və cilalanmış səthlərində müxtəlif qalınlıqda dinamik və istilik təbəqələrinin əmələ gəlməsi təsir edir və bu da öz növbəsində, onların istilik mübadiləsinin intensivliyinə təsir göstərir. Məlum olmuşdur ki, baraban halqasının materialı ilə müqayisədə kündənin materiallarının istilik keçiricilik əmsalı aşağı olduğundan çənbərdə səthə yaxın təbəqədə istilik təbəqəsinin qalınlığı orta hesabla 26% azdır ki, bu da eksperimental tədqiqatlarla təsdiqlənib.
Downloads
Yayınlanmış
How to Cite
Sayı
Bölüm
License

This work is licensed under a Creative Commons Attribution-NonCommercial 4.0 International License.