SİLİSİUM BORU ÖRTÜYÜNDƏ SOYUTMA ZAMANI YARANAN TERMİKİ GƏRGİNLİK REJİMİNİN TƏNZİMLƏNMƏSİ
DOI:
https://doi.org/10.52171/2076-0515_2021_13_01_62_65Anahtar Kelimeler:
termiki gərginlik, silisium örtüklü borular, makro-mikro çatlar, soyuma prosesi, soyuma rejimi, soyuma temperaturunun sürətiÖzet
Borularda yüksək temperatur şəraitində silisium örtük çəkmə prosesindən sonra yaranan çatların və nasazlıqların qarşısını almaq üçün soyutma rejimi tənzimlənmişdir. Təqdim olunan məqalədə identifikasiya məsələsi kimi tənzimlənmə sisteminin sintezi məsələsinin həllinə baxılmışdır. Tərtib olunmuş riyazi modelə əsasən borunun daxilində örtüyün yüksək temperaturda soyuma sürətləri analiz edilmişdir. Matlab proqramının Simulink paketində termiki gərginlinliyi tənzimləmə sisteminin modeli qurulmuşdur. Aparılan tədqiqatlara əsasən örtüyün səthlərində qalıq deformasiyaların və gərginliklərin təsirindən makro və mikro çatların yaranmaması üçün yüksək temperaturdan otaq temperaturuna qədər soyutma prosesinin tənzimləmə rejimi işlənib hazırlanmışdır.
Downloads
Yayınlanmış
How to Cite
Sayı
Bölüm
License

This work is licensed under a Creative Commons Attribution-NonCommercial 4.0 International License.