DƏMİRYOL STANSİYALARINDA RELSLƏRİN İSTİSMAR ETİBARLIĞININ QİYMƏTLƏNDİRİLMƏSİ VƏ İMTİNALARININ PROQNOZLAŞDIRILMASI
DOI:
https://doi.org/10.52171/herald.4Ключевые слова:
dəmiryol stansiyası, rels, imtina, istismar etibarlığı, birinci imtinayadək orta işləmə, orta kvadratik meyletməАннотация
Məqalə texniki stansiyaların baş yollarında relslərin istismar etibarlığının qiymətləndirilməsi və onların imtinalarının proqnozlaşdırılmasına həsr olunmuşdur. İstismar etibarlığının qiymətləndirilməsi üçün texniki stansiyanın baş yollarındakı relslərin yola qoyulma anından imtina etmə müddətinə qədər olan statistik məlumatları təhlil edilmişdir. İmtina edən relslərin sayı və imtinaya qədər olan işləmə qiymətləri əsasında paylanmanı təyin etmək üçün birinci imtinayadək orta işləmə və orta kvadratik meyletmə kəmiyyətləri hesablanmışdır. Birinci imtinayadək orta işləmə və orta kvadratik meyletmə kəmiyyətlərindən istifadə etməklə uzunömürlüyün normal paylanma modeli əsasında baxılan stansiyadakı relslərin imtinasının nöqtəli ehtimal proqnozu hesablanmış, relslərin buraxılmış yük ölçüsündən asılı olan imtinalar qrafiki qurulmuşdur.
Загрузки
Опубликован
Как цитировать
Выпуск
Раздел
Лицензия

Это произведение доступно по лицензии Creative Commons «Attribution-NonCommercial» («Атрибуция — Некоммерческое использование») 4.0 Всемирная.