ƏMTƏƏ NİŞANININ XÜSUSİYYƏTLƏRİ VƏ ONUN BİZNES ÜÇÜN ƏHƏMİYYƏTİ

Авторы

  • R.Ə. İSMAYILOVA Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

DOI:

https://doi.org/10.52171/2076-0515_2021_13_01_110_114

Ключевые слова:

əmtəə nişanları, qeydiyyat, müstəsna hüquq, biznes

Аннотация

Məqalə "Əmtəə nişanları və coğrafi göstərişlər haqqında"Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əmtəə nişanının hüquqi mühafizəsinin verilməsi məsələlərinə həsr olunmuşdur. Sahibkarların diqqəti əmtəə nişanının hüquqi mühafizəsi ilə bağlı bütün funksiyaların və sonrakı hüquqi əhəmiyyətli əməliyyatların həyata keçirilməsi üçün əmtəə nişanının qeydiyyatının əhəmiyyətinə yönəldilib. Əmtəə nişanının hüquqi mühafizəsinin təsirini məhdudlaşdıran amillər göstərilmişdir. Нüquq sahiblərinin diqqətinə çatdırılır ki, əmtəə nişanlarının qeydiyyata alınmasından sonra onlar mütləq ondan istifadə etməlidirlər. Dövlət tərəfindən verilən əmtəə nişanının hüquq sahibinin müstəsna hüququnun məzmunu aşkar edilmişdir. Əmtəə nişanına müstəsna hüququn qüvvədə olma müddətinin uzadılmasına dair qanunun 21-ci maddəsinin redaksiyasının dəyişdirilməsi barədə təklif irəli sürülüb. Əmtəə nişanına aid olan bütün dəyişikliklər barədə hüquqi mühafizənin təsdiq edilməsi üçün Əqli Mülkiyyət Agentliyinə məlumat verilməsinin zəruriliyi qeyd edilmişdir. Hüquq sahibi tərəfindən əlavə mənfəət əldə etmək üçün əmtəə nişanından istifadə hüququnun təqdim edilməsinin mümkün variantlarına baxılmışdır. Əmtəə nişanının bazar strategiyasında, biznes aktivlərinin artırılmasında və haqsız rəqabətə qarşı mübarizədə hüquq sahibinin üstünlüyündə rolu vurğulanıb.

Загрузки

Опубликован

2021-03-30

Как цитировать

İSMAYILOVA, R. (2021). ƏMTƏƏ NİŞANININ XÜSUSİYYƏTLƏRİ VƏ ONUN BİZNES ÜÇÜN ƏHƏMİYYƏTİ. Вестник Азербайджанской инженерной академии, 13(1), 110–114. https://doi.org/10.52171/2076-0515_2021_13_01_110_114

Выпуск

Раздел

Articles