GƏMİ KRAN ELEKTRİK İNTİQALLARINDA TEZLİK ÇEVİRİCİLƏRİNİN GƏRGİNLİYİNİN FORMALAŞDIRILMASI

Authors

  • E.F. SULTANOV Azərbaycan Dövlət Dəniz Akademiyası
  • E.M. MƏMMƏDOV Azərbaycan Dövlət Dəniz Akademiyası

DOI:

https://doi.org/10.52171/2076-0515_2021_13_01_92_96

Keywords:

yükqaldırıcı mexanizm, elektrik intiqalı, asinxron mühərrik, tezlik çeviricisi, eninə impuls modulyasiya

Abstract

Mikroelektronikanın, yarımkeçiricilərdən hazırlanmış elektrik çeviricilərinin inkişafı və müasir texniki inkişafla əlaqədar olaraq, gəmi elektrik avadanlığının quruluşu təkmilləşir, istismarı asanlaşır və avtomatlaşma dərəcəsi artır. Tam avtomatlaşma dərəcəsinə malik olan ticarət gəmilərinin ən lazımlı elektrik intiqalları (sükan və köməkçi sükan, yük nasosları, baş mühərriklərin köməkçi mexanizmlərin elektrik intiqalları) yarımkeçiricilərdən hazırlanmış tezlik çeviriciləri ilə işə salınır və lazım olduqda fırlanma tezlikləri də həmin çeviricilər vasitəsilə tənzim olunur. Adətən, belə intiqallar gəminin mərkəzi postunda qurulmuş mikroprosessorlarla idarə olunur. Belə gəmilərdə fırlanma sürətinin tənzim olunması tələb olunmayan böyük güclü rotoru qısa qapanmış asinxron mühərriklərinin işə buraxılması da tezlik çeviricisi vasitəsilə yerinə yetirilir. Gəmi elektrik intiqalları üçün işəburaxılma üsullarından ən əlverişlisi tezlik çeviriciləri vasitəsilə işəburaxma üsulu sayılır. Bu məqsədlə, müasir tezlik çeviricilərinin istehsalında İGBT tranzistorları istifadə olunurlar. Məqalədə gəmi yükqaldırıcı mexanizmlərinin elektrik intiqallarında tətbiq olunan tezlik çeviricilərinin çıxış gərginliyinin formalaşdırılması üsulları araşdırılmışdır. Həmçinin gəmi yükqaldırıcı mexanizmlərində, idarəetmə sistemlərinin elektrik enerjisinin sərfini azaltmaq və etibarlığının yüksəldilməsi məqsədilə elektrik intiqallarının eninə impuls modulyasiyalı tezlik çeviriciləri ilə idarə edilməsi təklif olunur.

Downloads

Published

2021-03-30

How to Cite

SULTANOV, E., & MƏMMƏDOV, E. (2021). GƏMİ KRAN ELEKTRİK İNTİQALLARINDA TEZLİK ÇEVİRİCİLƏRİNİN GƏRGİNLİYİNİN FORMALAŞDIRILMASI. Herald of Azerbaijan Engineering Academy, 13(1), 92–96. https://doi.org/10.52171/2076-0515_2021_13_01_92_96

Issue

Section

Articles

Similar Articles

You may also start an advanced similarity search for this article.