Təsisçi və Nəşriyyatçı

TƏSİSÇİ:  AZƏRBAYCAN MÜHƏNDİSLİK AKADEMİYASI

Azərbaycan Mühəndislik Akademiyası (AMA) 30 noyabr 2005-ci ildə təsis edilib. Gənc təşkilat olmasına baxmayaraq, Bakının xam neftin kəşfiyyatında mühüm rolu sayəsində XX əsrin əvvəllərini formalaşdıran Neft və Qaz Sənayesində böyük mühəndislik yeniliklərinin çiyinlərində dayanır. Azərbaycan Mühəndislik Akademiyası yarandığı gündən ölkə iqtisadiyyatının inkişafı üçün mühüm əhəmiyyət kəsb edən bir sıra layihələrin həyata keçirilməsində fəal iştirak edərək cəmiyyətdə öz layiqli yerini tutmuşdur.

Akademiya təşkilat olaraq bayraq, döş nişanı, “Mühəndislik Rəşadəti”, “İlin mühəndisi” medalları və digər atributlara malikdir.

Hazırda Azərbaycan Mühəndislik Akademiyasının həqiqi və müxbir üzvlərinin sayı 39 nəfərdir ki, bunlardan da 21 nəfəri akademik, 18 nəfəri müxbir üzv, 1 nəfəri akademiyanın fəxri üzv və 4 nəfər isə akademiyanın əcnəbi üzvüdür.

Akademiyada akademiyanın üzvləri tərəfindən idarə olunan aparat rəhbəri, bir neçə departament və şöbələr fəaliyyət göstərir: Mühəndislik və İnnovativ Texnologiyalar Departamenti; Mühəndislik üzrə Təhsil Departamenti; Gənc Mühəndislər və Potensiallı Gənclər Departamenti; Enerji, Nəqliyyat və Logistika Departamenti; Mühəndislik və ətraf mühit Departamenti; Mühəndislik, ərzaq təhlükəsizliyi və kənd təsərrüfatı Departamenti; Beynəlxalq Əməkdaşlıq Departamenti; İnformasiya, Nəşriyyat və Mükafatlandırma şöbələri.

Ölkəmiz son illər irimiqyaslı forumlar, konfranslar, simpoziumlar, mədəniyyətlərarası dialoqlar və digər yüksək səviyyəli tədbirlər təşkil edib keçirərək dünya ictimaiyyəti qarşısında Azərbaycan üçün müsbət imici qazanıb. Yarım əsrlik fasilədən sonra bu yaxınlarda 2-6 oktyabr 2023-cü il tarixlərində Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi keçirilib. Sərgidə 101 ölkədən 5000-ə yaxın nümayəndə, 150 şirkət iştirak edib. Azərbaycan Mühəndislik Akademiyasının prezidenti akademik Arif Paşayev həm də Kosmik Şuranın sədridir.

Qədim dövrlərdən dünyanın coğrafi cəhətdən uzaq hissələrini birləşdirən ticarət yolları Azərbaycandan keçib. Beləliklə, Azərbaycan Avropa ilə Asiyanın kəsişməsində yerləşən strateji mövqeyinə görə ölkənin iqtisadiyyatı üçün həyati əhəmiyyət kəsb edir. Azərbaycan Mühəndislik Akademiyası Enerji, Nəqliyyat və Logistika Departamenti tranzit xidmətlərinin və logistikanın inkişafında, beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilməsində və Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində fəal iştirak edir. Cənub Qaz Dəhlizi Avropaya enerji tədarükünü diversifikasiya etməklə, Xəzər regionu ilə Avropa bazarları arasında enerji körpüsünə çevrilməkdədir.

Mühəndislik və İnnovativ Texnologiyalar Departamentində Akademiyanın alim və mühəndisləri yeni Neft-kimya texnologiyalarının işlənməsində və tərkibində hidrogen sulfid və karbon qazı olan neft-qaz yataqlarının lay sularında metalın qorunması üçün korroziya inhibitorlarının yeni tərkibinin hazırlanması üzərində elm tutumlu tədqiqatlar aparırlar.

Akademiya Mühəndislik və ətraf mühit Departamentində və Mühəndislik, Ərzaq təhlükəsizliyi və Kənd təsərrüfatı Departamentində ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən layihələrdə, quraqlığa davamlı kənd təsərrüfatı məhsullarının hazırlanması və dağətəyi ərazilərdə suya qənaət proqramlarında iştirak edir. Ucqar dağ rayonlarında sakinləri içməli su ilə təmin etmək üçün tikililər inşa edilir. 

Beynəlxalq Əməkdaşlıq Departamentində Azərbaycan Mühəndislik Akademiyası yarandığı gündən Beynəlxalq Mühəndislik Akademiyası (BMA) ilə tam hüquqlu və bir sıra ölkələrin – Rusiya, Hindistan, Özbəkistan, Ukrayna, Sloveniyanın Mühəndislik Akademiyaları ilə sıx əməkdaşlığı davam etdirir.

2012-ci ildə Azərbaycan Mühəndislik Akademiyası İslam Ölkələri Mühəndislik İnstitutları Federasiyası (İÖMİF) Baş Assambleyasının Qazaxıstanın Almatı şəhərində keçirilən 25-ci sessiyasının qərarı ilə bu beynəlxalq qurumun tamhüquqlu üzvü seçilmişdir. Bu mötəbər beynəlxalq təşkilat öz sıralarında 57 İslam ölkəsindən 23-nü birləşdirir. Həmin təşkilatın İcraiyyə Komitəsinin 25-ci sessiyasında isə Azərbaycan Mühəndislik Akademiyası İÖMİF-in İcraiyyə Komitəsinin 5 üzvündən biri seçilmişdir.

Azərbaycan Mühəndislik Akademiyası UNESCO-nun nəzdindəki Ümumdünya Mühəndislik Təşkilatları Federasiyasının (World Federation of Engineering Organizations – WFEO) 13 oktyabr 2023-cü ildə keçirilən İcraçılar Şurasında və 14 oktyabr 2023-cü ildə keçirilən Baş Assambleyanın iclasında gizli səsvermə yolu ilə yekdilliklə milli tam hüquqlu üzvü seçilib.

Mühəndislik peşəsi üçün ən yüksək orqan olan Ümumdünya Mühəndislik Təşkilatları Federasiyası (WFEO) UNESCO-nun himayəsi altında 1968-ci ildə yaradılmışdır və 100-dən çox ölkəni və 30 milyona yaxın mühəndisi təmsil edir.

WFEO – Birləşmiş Millətlər Təşkilatı tərəfindən elm və texnika sahəsində aparıcı qeyri-hökumət təşkilatı kimi tanınan mühəndisliyin beynəlxalq səsidir.

O, elm və mühəndislik sahəsində əsas qlobal problemləri həll etmək üçün, xüsusilə mühəndislik peşəsi vasitəsilə Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişafına kömək məqsədilə UNESCO da daxil olmaqla Birləşmiş Millətlər Təşkilatının orqanları ilə sıx əməkdaşlıq edir.

Akademiyanın ümumi işlərini koordinasiya etmək məqsədilə Aparat rəhbəri vəzifəsi təsis olunub və fəaliyyət göstərir. Aparat rəhbəri Akademiyanın strukturundakı departament və şöbələrin fəaliyyətini koordinasiya edir.

İki yeni yaradılmış Mühəndislik üzrə Təhsil DepartamentiGənc Mühəndislər və Potensiallı Gənclər Departamenti fəaliyyətə başlayır.

Mükafatlandırma şöbəsi – mükafatlandırılan şəxslərin məsələləri ilə məşğul olur.

İnformasiya şöbəsi ictimaiyyətlə əlaqələri təşkil edir.

Nəşriyyat şöbəsi jurnalların və digər nəşriyyat işlərinin nəşri ilə məşğul olur. Akademiyamızın üzvləri hər il tanınmış xarici nəşrlərdə onlarla kitab, monoqrafiya, dərslik, dərs vəsaiti nəşr etdirirlər.

Beynəlxalq aləmdə böyük nüfuz qazanmış “Azərbaycan Mühəndislik Akademiyasının XƏBƏRLƏRİ” elmi-texniki jurnalının ilk nömrəsinin nəşrindən bu il 15 il ötür. Jurnal 15 il ərzində innovativ texnologiyalar sahəsində nailiyyətləri aydın şəkildə nümayiş etdirib, onların elmi və mühəndis təfəkkürünün vektorunu müəyyənləşdirib. Jurnal üç dildə: Azərbaycan, ingilis və rus dillərində məqalələr dərc edir. Jurnal bir neçə Impact Factor Beynəlxalq Elmi Sitatlaşma Bazasında yerləşdirilib. Nəşr olunmuş məqalələrə DOI (Obyektin Rəqəmsal İdentifikatoru) verilir.

Azərbaycan Mühəndislik Akademiyasının WFEO və BMA ilə əməkdaşlığı sayəsində  akademiyanın nailiyyətləri daha da artıb, gələcəkdə müxtəlif ölkələrlə beynəlxalq əməkdaşlıq inkişaf edəcək, akademiyanın hüdudları digər akademiyalarla genişlənəcək, mühəndislik ideyalarının dünya birliyinə inteqrasiyası sürətlənəcək. Bu, aparıcı alimlər, mühəndislər və tədqiqatçılar üçün öz elmi nailiyyətlərini bölüşmək, aktiv müzakirələr aparmaq və texniki proqramlar hazırlamaq üçün ən yaxşı platformadır.

Mühəndislik Akademiyasının fəaliyyəti ilə bağlı bütün məlumatlar mütəmadi olaraq akademiyanın internet saytında yerləşdirilir:  https://www.ama.com.az/

 

NƏŞRİYYATÇI: "APOSTROF-A"

  • AKİF DƏNZİYEV
  • Ünvan:  Həsən bəy Zərdabi, Bakı, Yasamal, AZ1122
  • Tel:  (+994 12) 432-51-04, (+994 50) 214-15-63, (+99450) 313-07-06
  • Instagram səhifəsi:  apostrof_a