Jurnal haqqında

Hörmətli həmkarlar!

Sizi, elmi işlərinizi “Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri” jurnalında dərc etməyə dəvət edirik. 
“Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri” jurnalının nəşr olunmasında məqsəd oxucuya elmin, texnikanın və texnologiyanın vacib sahələri üzrə lazımi məlumatların verilməsi ilə yanaşı, eyni zamanda Azərbaycan elm və texnikasının dünya elminə inteqrasiya etməsinə yardım göstərməkdən ibarətdir.
Jurnal qabaqcıl elm, texnika və texnologiyanın nəticələrini inkişaf etdirməyə və ondan istifadə etməyə, işlərin keyfiyyətinin və səmərəliyinin yüksəldilməsinə, təşəbbüskarlığın artırılmasına, qüvvələrin təmərküzləşməsinə kömək edəcəkdir.
Jurnal mühəndislik elminin aşağıdakı istiqamətləri üzrə məqalələri dərc edir:

•    Aviasiya
•    Mexanika və maşınqayırma
•    Neft və qaz
•    Kimya və neft-kimya texnologiyaları
•    İnformasiya texnologiyaları
•    Cihazqayırma
•    Kənd təsərrüfatı
•    Energetika
•    İqtisadiyyat
•    Ekologiya
•    Geologiya
Jurnal bütün dünyadan məqalə qəbul edir.
Məqalələrin tərtibatı və nəşri qaydaları ilə buradan tanış ola bilərsiz.
Jurnalın elektron versiyası optimal format olan PDF-də nəşr olunur.

Ən qısa zamanda elmi işlərinizi dünya oxucu auditoriyasına təqdim edəcəyik.

ISSN 2076-0515 (print) 
ISSN 2789-8245 (online)

 

Yeni Sayı

Cilt 17 Sayı 4 (2025): Cild 17 (4), 2025

XÜSUSİ BURAXILIŞ – Azərbaycan Mühəndislik Akademiyasının 20 illik yubileyinə həsr olunur

“Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri” jurnalının bu xüsusi buraxılışı Azərbaycan Mühəndislik Akademiyasının (AMA) 20 illik yubileyinə həsr edilmişdir.

Bu yubiley buraxılışı ölkəmizdə mühəndislik elminin inkişafına və innovativ texnologiyaların formalaşmasına Akademiyanın iki onillik ərzində verdiyi əvəzsiz töhfələri elmi ictimaiyyətə təqdim etmək məqsədi daşıyır.

Cild 17-nin 4-cü nömrəsində mühəndislik elminin müxtəlif istiqamətlərinə dair elmi tədqiqatlar, analitik araşdırmalar və aktual nəticələrlə yanaşı, Azərbaycan Mühəndislik Akademiyasının Prezidenti akademik Arif Paşayevin, həmçinin Beynəlxalq və Rusiya Mühəndislik Akademiyalarının Prezidenti akademik Boris Qusevin təbrikləri də yer almışdır.

Bu təbrik yazıları Akademiyanın 20 illik fəaliyyətinə verilən yüksək qiymətin, eləcə də beynəlxalq mühəndislik ictimaiyyətində AMA-nın nüfuzunun təsdiqidir.

Redaksiya heyəti bu yubiley sayının hazırlanmasında iştirak edən bütün müəlliflərə, rəyçilərə və oxuculara təşəkkür edir və Azərbaycan Mühəndislik Akademiyasına gələcək elmi fəaliyyətində daha böyük uğurlar arzulayır.

Yayınlanmış: 2025-12-22

Articles

  • 3D Hava Məkanı Sistemində uçuş konfiqurasiyasının dinamikası

    P.Ş. Muxtarov- N.L. Məmmədova
    11-17
    DOI: https://doi.org/10.52171/herald.320
  • Dron qruplarının idarə olunmasının əsas konsepsiyaları

    İ.M. İsmayılov- İ.R. Mirzəyev
    18-29
    DOI: https://doi.org/10.52171/herald.322
  • Qazıma bucurqadının yeni növ diskli-kündəli əyləcinin sürtünmə cütü üçün materialların seçilməsi və istismar parametrlərinin qarşılıqlı əlaqəsi

    Ə.Х. Canəhmədov- D.A. Volçenko- M.Y. Cavadov- N.A. Volçenko- A.V. Voznıy- D.Y. Juravlev
    30-37
    DOI: https://doi.org/10.52171/herald.323
  • Qazıma kəmərinin tullanışa qarşı preventorunun (TQP) tədqiq edilməsi

    A.Ş. Ömərova
    38-41
    DOI: https://doi.org/10.52171/herald.324
  • Yeyilmənin təsiri nəzərə alınmaqla lazerlə möhkəmləndirilmiş “plunjer-oymaq” cütündə termo-deformasiyanın modelləşdirilməsi

    Ə.G. Hüseynov- Ş.N. Əsəsdov- F.S. Hüseynli- Ş.A. Əsəsdov
    42-50
    DOI: https://doi.org/10.52171/herald.325
  • Qeyri-Nyuton neftlərin süzülməsi zamanı sferik-radial modeldən istifadə olunması

    X.İ. Dadaşzadə- F.H. Məmmədova
    51-57
    DOI: https://doi.org/10.52171/herald.327
  • Mineral materialların təsnifatı və ayrılması

    X.E. Əliyarova- S.B. Məmmədova
    58-63
    DOI: https://doi.org/10.52171/herald.328
  • Azərbaycanda benzin üçün yeni ekoloji təmiz oksigenat əlavəsi

    C.S. Mehdiyev
    64-71
    DOI: https://doi.org/10.52171/herald.329
  • Qaz-kondensat quyularının məhsulunun hazırlanmasında asfalten-qatran-parafin çöküntülərinin ləğvi texnologiyası

    E.X. İskəndərov- M.E. Hərbizadə
    72-80
    DOI: https://doi.org/10.52171/herald.330
  • İmpuls-tezlik siqnalların gərginlik çeviriciisi

    L.A. İsrafilova- R.F. Quliyeva
    81-86
    DOI: https://doi.org/10.52171/herald.331
  • Süni intellekt (AI) və əşyaların internetinin (İoT) inteqrasiyası

    A.M. Məmmədova- G.S. Zhilkişbaeva- A.N. Məmmədova
    87-93
    DOI: https://doi.org/10.52171/herald.332
  • Heyətsiz sualtı aparatların daşıyıcı gəmilərinin layihələndirilməsinin sistem analizi və riyazi modeli

    A.G. Eqorov- O.M. Abdullayev- R.O. Abdullayev
    94-99
    DOI: https://doi.org/10.52171/herald.333
  • Süni intellekt texnologiyalarının kənd təsərrüfatında tətbiqi

    K.R. Rəhimova- V.M. Abbasova- Z.R. İsmayılova- T.Ə. Həsənova
    100-107
    DOI: https://doi.org/10.52171/herald.334
  • Adıgey Respublikasında ekoloji vəziyyət haqqında

    S.R. Rəsulov- S.M. Tsikunib- E.Z. Yaqubov- V.A. Xrisonidi
    108-117
    DOI: https://doi.org/10.52171/herald.335
  • Qızılbulaq mis-qızıl-kolçedan yatağının aşağı horizontlarında nəcib metalların (Au,Ag) paylanması

    Q.S. Hüseynov- T.E. Kərimli
    118-126
    DOI: https://doi.org/10.52171/herald.336
Tüm Sayıları Göster