Aqrar sahədə marketinq fəaliyyətinin təkmilləşdirilməsinin müasir istiqamətləri
DOI:
https://doi.org/10.52171/herald.398Anahtar Kelimeler:
kənd təsərrüfatı- marketinq- rəqəmsal texnologiyalar- məhsul- istehlakçı- istehsalçı- aqrar iqtisadiyyatÖzet
Məqalədə aqrar sahədə marketinq fəaliyyətinin optimallaşdırılmasının müasir yanaşmaları, kənd təsərrüfatında rəqəmsal texnologiyaların və innovativ marketinq alətlərinin tətbiqinin nəzəri və praktiki aspektləri araşdırılmışdır. Qlobal rəqabət şəraitində aqrar müəssisələrin fəaliyyət xüsusiyyətləri, eləcə də marketinqin onların iqtisadi səmərəlili-yinin və dayanıqlı inkişafının artırılmasındakı rolu təhlil edilmişdir. Tədqiqatın məqsədi aqrar sektorda marketinq yanaşmalarının biblioqrafik təhlilinin aparılması, kənd təsərrüfatı üçün rəqəmsal texnologiyaların əsas alət kateqoriya-larının nəzərdən keçirilməsi, həmçinin rəqəmsal marketinq vasitələrinin istifadəsi və daha geniş tətbiqinin araşdırıl-masıdır. Bu tədqiqatda kommunikasiya prosesini yaxşılaşdırmağa və kənd təsərrüfatı məhsullarının istehlakçı sayını artırmağa imkan verən rəqəmsal marketinq tədbirlərinin ən geniş yayılmış üsulları təsvir edilmişdir. Aqrar sektorda rəqəmsal texnologiyaların tətbiqinin xüsusiyyətləri açıqlanmış, müasir aqrar-sənaye kompleksində texnoloji vasitələrin istifadəsini çətinləşdirən əsas səbəblər müəyyən edilmişdir. Tədqiqatın nəticələrinə əsasən müəyyən olunmuşdur ki, hədəfli reklam, sosial şəbəkələr, kontent-marketinq, süni intellekt və məlumatların analitikası kimi rəqəmsal alətlərin tətbiqi satış bazarlarının genişlənməsinə, müəssisələrin rəqabət qabiliyyətinin artmasına və kənd istehsalçılarının gəlirlərinin yüksəlməsinə şərait yaradır. Bunun üçün rəqəmsal infrastrukturun inkişafı, kadr hazırlığının gücləndirilməsi və kompleks rəqəmsallaşma strategiyasının formalaşdırılması zəruridir.
References
1. Rahimov A.H. The significance and function of agricultural marketing within the market econ-omy for the production and sale of agricultural products. Academics and Science Reviews Materials, 2024, 5, 1–10.
2. Guliyev E.A. Current status of agricultural marketing policy in the Republic of Azerbaijan. Journal of Economic and Social Research of Azerbaijan, 2025, 2(1), 45–59.
Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri
2026, cild 18 (1), s. 121-127
F.S. Mehdiyev
Herald of the Azerbaijan Engineering Academy
2026, vol. 18 (1), pp. 121-127
F.S. Mehdiyev
3. Gorri D., Felföldi J. Research trends in agricultural marketing cooperatives: A bibliometric review. Agriculture, 2024, 14(2), 199. https://doi.org/10.3390/agriculture14020199
4. Manzoor F., Wei L., Siraj M., Lu X., Qiyang G. Digital agriculture technology adoption in low and middle-income countries – A review of contemporary literature. Frontiers in Sustainable Food Systems, 2025, 9, Article 1621851. https://doi.org/10.3389/fsufs.2025.1621851
5. Atley H.F. Digital marketing in the agricultural sector and digital transformation in agricultural marketing. International Conference on Innovative Studies & Contemporary Scientific Re-search. 2024. https://doi.org/10.13140/RG.2.2.17968.37122
6. Thakur P., Mehta P., Singh K.K. Marketing performance and factors influencing farmers' choice for agricultural output marketing channels: The case of garden pea in India. Frontiers in Sustainable Food Systems, 2023, 7. https://doi.org/10.3389/fsufs.2023.1270121
7. Karthick S., Saminathan R., Gopinath R. Agricultural marketing – An overview. International Journal of Management, 2020, 11(11), 3007–3013 https://doi.org/10.34218/IJM.11.11.2020.285
8. Klimentova E.A., Merzlyakov S.R., & Bolshakova D.Yu. Marketing of agricultural produc-tion. Science and Education, 2025. 8(2).
9. Rəhimova K.R., Abbasova V.M., İsmayılova Z.R., Həsənova T.Ə. Süni intellekt texnologiyalarının kənd təsərrüfatında tətbiqi. Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri. 2025. 17 (4): 100-107. https://doi.org/10.52171/herald.334
Downloads
Yayınlanmış
How to Cite
Sayı
Bölüm
License
Copyright (c) 2026 Ф.С. Мехтиев

This work is licensed under a Creative Commons Attribution-NonCommercial 4.0 International License.

