Seysmik atribut analizinə əsaslanan seysmogeoloji modelləşdirmə və tərs məsələlərin həlli
DOI:
https://doi.org/10.52171/herald.305Anahtar Kelimeler:
modelləşdirmə- tərs məsələ- atribut analiz- litologiya- seysmik interpretasiyaÖzet
Bu tədqiqat “8 Mart” strukturu üzrə 3D seysmik atributların təhlilinə əsaslanan seysmogeoloji modelləşdirmə və tərs məsələlərin həllinə həsr olunmuşdur. İşin əsas məqsədi kollektorların yayılma arealını müəyyənləşdirmək və seysmik interpretasiyanın etibarlılığını quyu və karotaj məlumatları ilə inteqrasiya yolu ilə artırmaqdır. Bu məqsədlə, Sweetness, RMS Amplitude, Envelope, Relative Acoustic Impedance, Instantaneous Frequency, Variance, Chaos və Ant Tracking atributları hesablanmış və analiz edilmişdir. Nəticələr göstərmişdir ki, RMS Amplitude və Sweetness atributları qum-gil dəyişmələrinin izlənilməsi və potensial kollektor zonalarının identifikasiyası üçün ən həssas indikatorlardır. Tərs məsələ yanaşması əsasında seysmik atributlar ilə quyu məlumatları arasında ~0.70 korrelyasiya əmsalı əldə edilmiş və metodologiyanın etibarlılığı təsdiqlənmişdir. Qurulmuş 3D litoloji model sahənin mərkəzi və şimal hissələrində qumluluğun artdığını, digər zonalarda isə gilliliyin üstünlük təşkil etdiyini göstərmişdir. Əldə olunan nəticələr “8 Mart” sahəsinin seysmogeoloji quruluşunun daha dəqiq öyrənilməsinə və gələcək qazıma işlərinin optimallaşdırılmasına imkan yaradır.
Downloads
Yayınlanmış
How to Cite
Sayı
Bölüm
License

This work is licensed under a Creative Commons Attribution-NonCommercial 4.0 International License.

