Məsaməli mühitdə sulu təbəqələrdə qazın saxlanılması və yeraltı qaz anbarının yaradılması

Yazarlar

  • O.Ə. Əliyeva Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (Bakı, Azərbaycan)
  • Ə.S. Əliyev Neftin, qazın geotexnoloji problemləri və kimya ETİ (Bakı, Azərbaycan)

DOI:

https://doi.org/10.52171/herald.295

Anahtar Kelimeler:

yeraltı qaz anbarları (YQA)- tükənmiş qaz- aktiv qaz- buffer qazı- qaz həcmi- minimum və maksimum təzyiqlər- kompressor stansiyası (KS)- lay təzyiqi- məsaməli mühit

Özet

Məqalədə məsaməli mühitdə yeraltı qaz anbarlarının yaradılmasının planlı şəkildə həlli yolları göstərilmişdir. Hər biri üçün çıxarılan və vurulan qazın həcmi düsturları çıxarılmışdır. Təzyiqlərin qiymətlərinin dəyişməsilə saxlanılan qazın həcm də dəyişəcəkdir. Eyni zamanda yeraltı qaz anbarında təzyiq yerüstü avadanlıqların iş şəraitindən və qaz quyusunun minimum icazə verilən debitindən asılı olaraq maksimumdan minimuma qədər dəyişir. Məqalədə yeraltı qaz anbarlarının layihələndirilməsi və istismarı zamanı qalıq, aktiv, bufer və maksimum qaz həcmləri arasındakı fərq müəyyənləşdirilir. Yeraltı qaz anbarlarının yaradılması və istismarı zamanı həm də icazə verilən maksimum, minimum və orta təzyiqlər arasında fərq təyin edilir. Eyni zamanda qaz anbarının texnoloji hesablanması optimal, yəni minimum azaldılmış xərclərə uyğun olan əsas göstəricilər arasındakı əlaqəni tapmaqdan ibarətdir. Həm də sulu laylarda yaradılan bütün anbarlar, eləcə də su-təzyiq və elastik-təzyiq rejimləri ilə səciyyələnən tükənmiş neft-qaz yataqları əsasında yaradılan anbarlar lay sularının hərəkəti nəzərə alınmaqla hesablanmışdır. Məsaməli mühitlərdə yaradılmış yeraltı qaz anbarları dövri olaraq istismar olunan süni qaz yataqları hesab edilə bilər.

Yayınlanmış

2025-09-18

How to Cite

Əliyeva, O., & Əliyev, Ə.S. (2025). Məsaməli mühitdə sulu təbəqələrdə qazın saxlanılması və yeraltı qaz anbarının yaradılması. “Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri, 17(3), 62–68. https://doi.org/10.52171/herald.295

Similar Articles

1 2 3 4 5 6 7 8 9 10 > >> 

You may also start an advanced similarity search for this article.