Boru kəmərlərində və laylarda elastik-özlüplastik mayenin hərəkətinin xarakterik xüsusiyyətləri
DOI:
https://doi.org/10.52171/herald.293Anahtar Kelimeler:
özlüplastiklik- elastik- axın sürəti- həcmi axın sürətiÖzet
Mədən praktikasının çoxsaylı məsələləri böyük dərəcədə neftin aid olduğu karbohidrogenlərin fiziki xassələrindən asılıdır. Neftdə parafinin, asfaltenin və qatranların olması hərəkət rejiminə, beləliklə, qazmanın texnoloji proseslərinin layihələndirilməsinə, quyuların istismarına, yataqların işlənməsinə və boru kəməri ilə neftin nəqlinə əhəmiyyətli təsir göstərir. Dünyanın bir çox yataqlarında lay təzyiqinin təyin edilməsi zamanı təzyiqin bərpa edilməsi prosesi çox uzun müddət, bir sıra baltalarda bir neçə həftə yaxud ay davam edir ki, bu da qeyri tarazlıq effektlərinin, yəni mayenin elastiki xassələrinin təzahürü ilə izah edilir. Laboratoriya eksperimentləri sübut etdi ki, əgər neftin tərkibində parafinlər, asfaltenlər və qatranlar varsa, onda onlar belə neftlərə özlü-elastik xassələr verir, yəni özlü xassələrlə yanaşı, onlar həmçinin elastik xassələrə də malikdir. Verilən neftlərə qeyri-taraz mayelərin mövqeyindən baxılır, yəni onların daxili strukturunun dəyişmə sürəti xarici şəraitlərin dəyişmə sürətindən əhəmiyyətli dərəcədə aşağıdır.
Yayınlanmış
How to Cite
Sayı
Bölüm
License

This work is licensed under a Creative Commons Attribution-NonCommercial 4.0 International License.