Daşkəsən dəmir filiz yatağının Şimal-Şərq və Şimal-Qərb sahəsinin skarnlarında nadir elementlərin paylanması

Yazarlar

  • R.R. Qubadov Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (Bakı, Azərbaycan)
  • Q.S. Hüseynov Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (Bakı, Azərbaycan)
  • R.Y. Əliyarov Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (Bakı, Azərbaycan)

DOI:

https://doi.org/10.52171/herald.274

Anahtar Kelimeler:

skarn- nadir elementlər- dəmir filizi- rentgen-difraktometrik analiz

Özet

Məqalədə Daşkəsən dəmir filizi yatağının Şimal-Şərq və Şimal-Qərb sahələrinin skarnlarında nadir elementlərin paylanmasına baxılıb. Adı çəkilən sahələrdən sınaq nümunələri götürülmüşdür. Aparılan tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, nadir elementlərdən Nb, La, Ce, Gd skarnlaşmış karbonatlarda, damarcıqlarda və ikinci dərəcəli dəyişilmiş minerallarda-diopsiddə, maqnetitdə, aktinolitdə, andraditdə yüksək miqdarda müşahidə olunur. Qeyd etmək lazımdır ki, kalsiumlu skarnlarda Nb və La-ın miqdarı uyğun olaraq 1258,3 və 2820 ppm təşkil edir. Lantanoidlərin yüksək miqdarı isə 5131 və 1478 ppm-dir. Daşkəsən dəmir filizi yatağının Şimal-Şərq və Şimal-Qərb sahəsindən götürülmüş sınaqların analiz nəticələri yatağın əmələgəlmə şəraitinin öyrənilməsinə əsas verir. Tədqiqat sahəsində alınan nəticələr proqnoz-axtarış amillərinin hazırlanmasında mühüm əhəmiyyətə malikdir. Tədqiq olunmuş filizlərin analiz cavabları cədvəllər vasitəsiylə məqalədə göstərilmişdir.

Downloads

Yayınlanmış

2025-06-23

How to Cite

Qubadov, R., Hüseynov, Q., & Əliyarov, R. (2025). Daşkəsən dəmir filiz yatağının Şimal-Şərq və Şimal-Qərb sahəsinin skarnlarında nadir elementlərin paylanması. “Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri, 17(2), 114–119. https://doi.org/10.52171/herald.274

Sayı

Bölüm

Articles

Similar Articles

1 2 3 4 5 6 7 8 9 10 > >> 

You may also start an advanced similarity search for this article.