Sualtı texniki işlərin təminat gəmilərinin sistemli analizi və riyazi modeli

Yazarlar

  • R.C. Bəşirov Azərbaycan Texniki Universiteti (Bakı, Azərbaycan)
  • О.М. Abdullayev ASCO Mühəndislik (Bakı, Azərbaycan)
  • R.О. Abdullayev Şetsin Dəniz Universiteti (Şetsin, Polşa)

DOI:

https://doi.org/10.52171/herald.270

Anahtar Kelimeler:

sualtı texniki işlər- sualtı texniki işləri təminat gəmiləri- dalğıc gəmiləri- texnoloji avadanlıqlar- ixtisaslaşmış gəmilər- aparat vasitələri

Özet

Sualtı texniki işlər - dalğıclar, həm də xüsusi sualtı avadanlıqlardan istifadə etməklə dəniz şelfində aparılan işlərin geniş spektrini əhatə edir. Verilən tapşırıqları səmərəli şəkildə yerinə yetirmək üçün sualtı avadanlıqların işini dəstəkləyə bilən xüsusi gəmilər tələb olunur. Sualtı texniki işləri yerinə yetirən gəmilərə sualtı texniki işləri təchizat gəmiləri, dalğıc gəmiləri, uzaqdan idarə olunan sualtı nəqliyyat vasitələrini daşıyan gəmilər / avtonom heyətsiz sualtı nəqliyyat vasitələri (UİSNV/ AHNV) və heyətli sualtı nəqliyyat vasitələrini (HSNV) daşıyan gəmilər daxildir. Sualtı texniki işlər üçün gəmilərin layihələndirilməsi metodologiyasını hazırlamaq üçün sualtı texniki işləri yerinə yetirən gəmilərin funksional imkanlarının modellərini sistemləşdirmək və təkmilləşdirmək lazımdır. Bu işdə sualtı texniki işləri təminat gəmilərdə aparat və komplekslərin istifadəsi, dalğıc komplekslərinin işləmə dərinlikləri, daşıyıcı gəmilərdə texniki vasitələrdən istifadənin struktur diaqramları tərtib edilmişdir. Sadalanan blok diaqramlardan istifadə edərək sualtı texniki işləri təminat gəmilərinin sistem modeli hazırlanmışdır.

Downloads

Yayınlanmış

2025-06-23

How to Cite

Bəşirov, R., Abdullayev О., & Abdullayev, R. (2025). Sualtı texniki işlərin təminat gəmilərinin sistemli analizi və riyazi modeli. “Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri, 17(2), 73–82. https://doi.org/10.52171/herald.270

Sayı

Bölüm

Articles

Similar Articles

1 2 3 4 5 6 7 8 9 > >> 

You may also start an advanced similarity search for this article.