Dergi Hakkında

ISSN 2076-0515 (print) 
ISSN 2789-8245 (online)

TƏSİSÇİ:   “Azərbaycan Mühəndislik Akademiyası” ictimai birliyi.

Jurnal 2009-cu ilin noyabr ayından nəşr olunur. Dövriliyi ildə 4 dəfədir.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır.
Qeydiyyat № 2965, 23.06.2009-cu il.
Jurnal Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının reyestrinə namizədlik və doktorluq dissertasiyalarının nəticələrinin dərc olunması üçün daxil edilmişdir.
Jurnal “Rusiyanın elmi sitat indeksləşməsi" (RESİ) layihəsinə daxil edilib.
Jurnalın tam mətn elektron versiyası “Rusiya Universal Elmi Elektron kitabxanasının bazası”nda mövcuddur (htpp:/www.elibrary.ru).
Jurnal Crossref təşkilatının üzvüdür. Nəşr olunmuş məqalələrə DOI (Obyektin Rəqəmsal İdentifikatoru) verilir.
Jurnal International Scientific Indexing (ISI), Scientific Journal Impact Factor (SJIF), Cosmos Impact Factor (CIF), ASCI Beynəlxalq Elmi Sitatlaşma Bazalarına
yerləşdirilib, SERTİFİKATLAR verilib, impakt faktor ISI – 1.888 və impakt faktor
SJIF – 8.503.
Jurnal «Creative Commons Attribution – NonCommercial 4.0» Beynəlxalq lisenziya ilə lisenziyalaşdırılıb.
Jurnal Web of Science Beynəlxalq Elmi Sitatlama Bazasında yerləşdirilməyə təqdim olunub.
Jurnala “AzərPoçt” ASC-nin poçt bölmələrində abunə olmaq olar. Abunə il boyu davam edir. Abunə indeksi: Hüquqi və fiziki şəxslər üçün – 1156.

Jurnal mühəndislik elminin aşağıdakı istiqamətləri üzrə məqalələri dərc edir:

•    Aviasiya
•    Mexanika və maşınqayırma
•    Neft və qaz
•    Kimya və neft-kimya texnologiyaları
•    İnformasiya texnologiyaları
•    Cihazqayırma
•    Kənd təsərrüfatı
•    Energetika
•    İqtisadiyyat
•    Ekologiya
•    Geologiya

Jurnal bütün dünyadan məqalə qəbul edir.
Jurnal həm məhdud sayda kağız formatda, həm də elektron formatda (PDF) nəşr olunur və saytda yerləşdirilir.
“Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri” jurnalının nəşr olunmasında məqsəd oxucuya elmin, texnikanın və texnologiyanın vacib sahələri üzrə lazımi məlumatların verilməsi ilə yanaşı, eyni zamanda Azərbaycan elm və texnikasının dünya elminə inteqrasiya etməsinə yardım göstərməkdən ibarətdir.
Jurnal qabaqcıl elm, texnika və texnologiyanın nəticələrini inkişaf etdirməyə və ondan istifadə etməyə, işlərin keyfiyyətinin və səmərəliyinin yüksəldilməsinə, təşəbbüskarlığın artırılmasına, qüvvələrin təmərküzləşməsinə kömək edəcəkdir.