Bitum istehsalında idarəetmə sisteminin işlənməsi
DOI:
https://doi.org/10.52171/herald.314Anahtar Kelimeler:
riyazi model- optimal idarəetmə- idarəetmə sistemi- bitumun alınması- texnoloji proses- rejim parametrləri- bitum reaktoruÖzet
Məqalədə, müasir sənaye sahəsində texnoloji proseslərin səmərəliliyi, təhlükəsizliyi və məhsuldarlığının artırılması məsələləri araşdırılır. Bu baxımdan bitum istehsalı kimi mürəkkəb kimyəvi-texnoloji proseslərin idarə olunmasının yalnız praktiki təcrübə və əməliyyat bacarıqları ilə məhdudlaşmadığı, həm də bu proseslərin riyazi modellərlə təhlilini və optimallaşdırılmasını tələb etdiyi göstərilir. Bitum istehsalı prosesində tətbiq olunan riyazi modelləşdirilməsi çərcivəsində istehsalın texnoloji ardıcıllığı, əsas aparat – reaktor daxilində baş verən istilik və kütlə ötürmə prosesləri və tətbiq edilən idarəetmə alqoritmləri ətraflı şəkildə araşdırılmış və təhlil edilmişdir. Bu kontekstdə rejim parametrlərinin riyazi modellərlə ifadə edilməsi və onların simulyasiya olunması istehsal prosesinin daha effektiv və təhlükəsiz aparılmasına imkan verir. Tədqiqat çərçivəsində enerji və kütlə balansı tənlikləri qurulmuş, istilik ötürmə, maddə diffuziyası və reaksiyaların kinetikası nəzərə alınmaqla diferensial tənliklər formasında dinamik model hazırlanmışdır. Tərtib edilən riyazi modellər MATLAB/Simulink mühitində simulyasiya olunmaqla müxtəlif iş rejimləri üzrə analiz edilmişdir. Bitum istehsalı prosesində tətbiq edilən avtomatlaşdırılmış idarəetmə sistemi də geniş şəkildə təhlil olunurmuşdur. Əsas rejim parametrləri: temperatur, təzyiq, sərf və səviyyənin real vaxt rejimində izlənməsi və tənzimlənməsi, eyni zamanda onlar arasında asılılıqlar diaqram şəklində göstərilmışdir.
Downloads
Yayınlanmış
How to Cite
Sayı
Bölüm
License
Copyright (c) 2025 E.A. Melikov, T.M. Maharramova

This work is licensed under a Creative Commons Attribution-NonCommercial 4.0 International License.

